Saat 15:00-dan sonra bu qidaları yemək olmaz - SİYAHI

16.06.2019 13:10

Sağlam qidalanma nədir deyə soruşursunuzsa, mütəxəssislər bildirir ki, karbohidratlar günorta saat 15:00-a kimi, zülallar isə bu saatdan sonra 19:00-a kimi qəbul olunmalıdır. Əgər sən axşam 23:00-da yatırsansa, sonuncu qida qəbulun saat 20:00-da olmalıdır. Bu da qatıq, kəsmik ola bilər.

XəzərXəbər medicina.az-a istinadən günortadan sonra menyudan çıxarılmalı qidaların siyahısını təqdim edir

1.Şirniyyat, un məmulatı, bal, meyvə, şirin qida. Bunlar aclığı qaldırmır, bel və qarında piy ehtiyatına yığılır. Əgər şirniyyatsız qala bilmirsənsə, günortaya kimi ye.

2.Nişasta tərkibli tərəvəzlər: kök, kartof, çuğundur. Orqanizmdə artıq maye toplanacaq, səhərə kimi əl-ayaq, üz şişəcək.

3.İnsulin artıran ərzaqlar: süd, şirin yoqurt, qırmızı ət. Bunlar boy hormonunun sintezine imkan verir, insulini çox sərf edir, piylənmə yaradacaq.
Bəs axşama nə yeməli:

Yüngül zülal tərkibli, az yağlı, yağsız qıdalar. Məsələn, balıq, qayğanaq, toyuq, qatıq, dovğa və s.

Axşam yeməyindən tam imtina düzgün deyil, çünki yuxusuzluq, hormonal pozuntular və piy toplanmasına səbəb olacaq.

© xezerxeber.az


225 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR