Xəzərdə kruiz səfərləri nə vaxt olacaq?

13.06.2019 16:04

Xəzər dənizində kruizlərin təşkili ilə bağlı müvafiq təkliflər hazırlanaraq aidiyyəti qurumlara göndərilib.

Bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, kruizlərin başlanması Rusiyanın təşəbbüsüdür və həmin gəmi "Pyotr Velikiy” gəmisidir:

"Onu Rusiyada hazırlayırlar. Rusiya Prezidenti Vladimir PutinBakı səfəri çərçivəsində həmin məsələyə qayıdıb vəRusiyadakı tərəfdaşlardan tələb edib ki, bu iş tezləşdirilsin. Biz Həştərxan quberniyasının Turizm Nazirliyi və müvafiq dəniz qurumları ilə danışıqlar aparırıq.

Azərbaycan həmin gəmi üçün artıq dayanacaq verib. Kruizin 2020-ci ildə başlanması gözlənilir. Bu, Xəzəryanı beşdövləti əhatə edəcək”.

Agentlik rəsmisi qeyd edib ki, Azərbaycan turizminin inkişafı üçün böyük bir imkan var:

"Bu layihə tam olaraq Rusiyanın layihəsidir. Azərbaycan və digər dövlətlər buna dəstək olurlar. Qiymətləri Rusiya tərəfi müəyyən edəcək. Əlbəttə, qiymətlər çox yuxarı olsa, biz öz təkliflərimizi verəcəyik ki, daha sərfəli olsun”./oxu.az

© xezerxeber.az


177 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR