İsti havalarda DONDURMA YEMƏK ZİYANDIR - Həkim AÇIQLADI

13.06.2019 11:48

Məlum olub ki, isti havada dondurma yemək vücudda əlavə stressə səbəb olur.

XəzərXəbər xəbər verir ki, bu barədə rusiyalı ekpert Andrey Tyajelnikov məlumat verib.

Onun sözlərinə görə, isti havada dondurma yedikdə yuxarı tənəffüs yolları soyudulur, bu da kəskin respirator infeksiyaların inkişafı üçün təhlükə yaradır.

Tibbi ekspert qeyd edib ki, soyuq deserti yavaş-yavaş və azca ərimiş halda yemək daha zərərsizdir.

Həkim vurğulayıb ki, sərin içkiləri isə kiçik qurtumlarla içməyə dəyər. O, bildirib ki, yayda təmiz suya, çaya, meyvələrə və limonlu suya üstünlük vermək ən yaxşısıdır. Qəhvə və qazlı sualardan imtina etmək lazımdır.

O, həmçinin hər kəsi tərkibində böyük miqdarda şəkər, marqarin yağı və aromatizatorlar olan süd kokteyllərindən imtina etməyə səsləyib./publika.az

© xezerxeber.az


247 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR