Çimməyə yararlı olan çimərliklərin işarələnməsi təklif olunur

12.06.2019 16:06

"Çimmək üçün yararlı çimərliklərin fərqləndirilməsi və onların ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə ETSN tərəfindən layihə hazırlanır".

Bunu mətbuat konfransında ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O bildirib ki, layihəyə əsasən çimmək üçün yararlı olan ərazilərin işarələnməsi və həmin ərazilərə konteynerlərin yerləşdirilməsi təklif edilir: "Qeyd edək ki, dünyada belə bir təcrübədən istifadə olunur. Ekoloji standartlara cavab verən çimərliklərə mavi bayraq sancılması ənənəsi mövcuddur. Dünyanın bir sıra ölkələrinin çimərliklərində sancılan mavi bayraq çimərliyin yüksək imic qazanmasına xidmət edir".

© xezerxeber.az


167 dəfə oxunub

XƏBƏRLƏR

21.09.2019 16:09

Ət idxalı artıb

ÇOX OXUNANLAR