Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Nabrandakı çimərliklər istifadəyə yararsızdır

12.06.2019 15:35

"Xaçmaz rayonunun Nabran bələdiyyəsinin ərazisindəki çimərliklər istifadəyə yararsızdır".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) bu gün keçirilən mətbuat konfransında Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov deyib.

O bildirib ki, çimərlik mövsümünün başlanması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə birgə şimal və cənub bölgələrinin çimərlik ərazilərində monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb: "Analizlərin nəticələrinə gör, Xaçmaz rayonu Nabran bələdiyyə ərazisinin dəniz suyu mikrobioloji baxımdan çirkli olduğu üçün çimərlik üçün yararsızdır. Lakin Xaçmazın Yalama, Seyidlər və İstisu (Müxtədir) bələdiyyələrinin çimərlik ərazilərinin dəniz suyunda bioloji çirklənmə norma daxilində olduğu üçün çimərliyə yararlı hesab olunur.
Cənub bölgəsindəki çimərlik ərazilərindən götürülən su nümunələri üzərində aparılan analizlərin nəticələrinə görə, Lənkəran və Astara rayonlarının inzibati ərazisinə məxsus çimərliklər istifadəyə yararlıdır". (APA)

© xezerxeber.az

FOTOQALERIYA






60 dəfə oxunub

XƏBƏRLƏR

17.06.2019 12:48

“PSJ” Neymarı satır?

ÇOX OXUNANLAR