Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Qastrit olmamaq üçün nə etməli

10.06.2019 14:42

Qastrit müasir şəhərlərin əhalisi arasında ən geniş yayılmış xəstəliklərdən biridir. Bu xəstəliyi düzgün qidalanmamaq və viruslar yaradır.

Ramazan ayı orucu artıq arxada qalıb. Ənənəvi olaraq Ramazan ayı başlayanda həkimlər oruc tutanlara öz sağlamlıqlarını nəzərə almağı tövsiyə edir. Həkimlər xüsusilə də mədə-bağırsağının vəziyyəti qənaətbəxş olmayanlara düzgün qidalanma rejiminə əməl etməyi, orucluq başa çatandan sonra öz orqanizmlərinin vəziyyətini bilmək üçün mütəxəssislərə müraciət etməyi məsləhət görürlər.

Eyni zamanda uzun müddət qida qəbul etməyən orqanizmdə həzm problemləri yaranır. Ona görə də orqanizmin aclığa verdiyi reaksiyanı öyrənmək lazımdır.

Mədə-bağırsaq traktının ən geniş yayılmış xəstəliklərindən biri də qastritdir. Əldə etdiyimiz məlumatlara görə, bu xəstəlikdən inkişaf etmiş ölkələrin əhalisinin 50%-ə qədəri əziyyət çəkir.

Qastrit ürəkbulanma, iştahsızlıq, mədədə ağırlıq hissi, qıcqırma, ağızdan pis qoxunun gəlməsi, meteorizm və digər xoşagəlməz əlamətlərlə müşayiət olunur.

Onu da qeyd edək ki, qastritin konkret simptomları mövcud deyil. Onu yalnız peşəkar qastroenteroloqlar müəyyən edə bilirlər. /sputnik

© xezerxeber.az


70 dəfə oxunub

XƏBƏRLƏR

17.06.2019 12:48

“PSJ” Neymarı satır?

ÇOX OXUNANLAR