19,5 min nəfər təqaüdçünün aylıq gəlirləri 48 faiz artacaq

12.01.2019 18:24

"Pensiya təyinatı sahəsində "Pensiyaçının dostu” proqramı hazırlanıb və cari ildən avtomatlaşdırılmış pensiya təyinatına başlanıb. Bu innovativ yanaşma əsasında, vətəndaşın hüququ yarandığı gün elektron qaydada pensiya təyinatı aparılır, ona pensiya məbləği, ödəniş kartını əldə edəcəyi bank filialı barədə "sms”, e-mail və məktub göndərilir”, - deyə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə danışan nazir çıxışında daha sonra bildirib ki, islahatın tərkib hissəsi kimi, fərdi hesabında pensiya kapitalı olan şəxslərə 2006-cı ilədək 25 il sığorta stajı avtomatik hesablanır.

Bu mühüm sosial təşəbbüsün vətəndaşlara dövlət başçısının göstərdiyi qayğının təzahürü olduğunu söyləyən nazir məhz bunun sayəsində cari ildə əlavə olaraq 19 min 500 nəfərin pensiya alacağını və onların aylıq gəlirlərinin 48 faiz artmasına imkan yaranacağını qeyd edib. Onun dediyinə görə, artıq 628 şəxsə elektron qaydada pensiya təyin edilib və pensiya hüququ yaranacaq şəxslərin 70 faizinin, yəni 36 min nəfərin pensiya təyinatı məhz avtomatlaşdırılmış şəkildə aparılacaq.

© xezerxeber.az


295 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR