Xəzər Xəbər

Dünya Bankından xəbərdarlıq

Cəmiyyət | 12:25 • 5 Dekabr 2020
Dünya Bankından xəbərdarlıq

Bu il dünyada yoxsulluq həddində yaşayan insanların sayı 88-115 milyon nəfər arasında dəyişəcək.


Bu barədə Dünya Bankının yoxsulluqla bağlı açıqladığı hesabatın dekabr sayında bildirilir.


Sənəddə həmçinin deyilir ki, gələn il bu rəqəm 22-25 milyon nəfər artaraq 110-150 milyon nəfər arasında dəyişə bilər.


"İqtisadi böhran əksər ölkələrdə bərabərsizliyin artmasına, insan kapitalı itkisinə şərait yaradacaq və inkluziv inkişafa geri qayıtmağa mane olacaq”, - deyə qurum bəyan edib.


Dünya Bankı yoxsulların sayının artmasını koronavirus (COVID-19) pandemiyası, silahlı münaqişələr və iqlim dəyişiklikləri ilə izah edir.


"Məsələn, iqlim dəyişiklikləri 2030-cu ilə qədər daha 100-132 milyon insanı yoxsulluğa sürükləyə bilər. Onların bir çoxu isə institusional kövrəklik və yaxud münaqişə olan ölkələrdə yaşayır. Bu məkanlar yoxsulluğun daha çox olduğu yerlərdir. Məhz bu ərazilərdə yaşayan və çoxşaxəli şoklara məruz qalan insanları xilas etmək üçün daha çox cəhdlər göstərəməyə ehtiyac yaranacaq. Həmçinin münaqişlər nəticəsində Orta Şərq və Şimali Afrikada eksterimal yoxsulluq həddinin də artacağını düşünürük. Belə ki, Suriya və Yəməndə 2015-ci ildə eksterimal yoxsulluq həddi 3,8 % idisə, 2018-ci ildə bu təxminən 2 dəfə artaraq 7,2 %-ə çatıb”, - deyə təşkilat bəyan edib.report


Nərmin Məcidli


Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
511 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti