Xəzər Xəbər

11 ayda sosial təminat üzrə 5 milyard 264 milyon manat ödəmə edilib

Cəmiyyət | 17:58 • 3 Dekabr 2020
11 ayda sosial təminat üzrə 5 milyard 264 milyon manat ödəmə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-noyabr aylarında ümumilikdə 2 milyon 631 min şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib.


Nazirlikdən Xezerxeber.az-a verilən məlumata görə, Həmin sosial təminat növləri üzrə əhaliyə bu ilin 11 ayında ötən ilin eyni dövrünə nisbətən 21,5% və ya 931,7 milyon manat çox olmaqla 5 milyard 264 milyon manat vəsait ödənilib.


Nərmin Məcidli

Xəbər lenti