Xəzər Xəbər

Koronavirus nə qədər davam edə bilər? - AÇIQLAMA

Cəmiyyət | 14:46 • 2 Dekabr 2020
Koronavirus nə qədər davam edə bilər? -

"Elan olunmuş qaydalara əməl edilsə, yoluxma sayının azalmasına nail olarıq".


Xezerxeber.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov deyib.


O bildirib ki, bu virusun nə qədər davam edəcəyinə proqnoz vermək çətindir: "Hamı bilməlidir ki, insanların çoxunda bu virusa qarşı immunitet yaratmasaq, bu virusa qarşı mübarizə çətin olacaq. Yaxın aylarda kütləvi vaksinasiya tədbirləri də başlayacaq. Azərbaycan ən təhlükəsiz vaksinlərin ölkəyə gətirilməsi üçün tədbirləri artıq demək olar bitirib. Həmin vaksinlər hazır olanda ölkəyə gətiriləcək. Biz bununla da virusa qarşı kütləvi immunitet yaratmış olacağıq”.


Atif

Xəbər lenti