Xəzər Xəbər

Gəncədə "Qarabağ İgidləri" muzeyi - Muzeydə 500-ə yaxın əşya sərgilənir - VİDEO

Cəmiyyət | 15:10 • 1 Dekabr 2020
Gəncədə "Qarabağ İgidləri" muzeyi -
Gəncə şəhərində şəhid və qazilərə məxsus əşyaların yer aldığı "Qarabağ İgidləri" muzeyi yaradılıb.


Xezerxeber.az xəbər verir ki, şəhərdə yaşayan Elnarə Tağıyeva 28 ildir ki, şəhid və gazilərin ailələrini ziyarət edərək 500-ə yaxın hərbçinin özəl əşyalarını və fotolarını toplayıb, "Qarabağ İgidləri" muzeyini yaradıb. O, Azərbaycanda üç şəhər istisna olmaqla bütün bölgələri gəzdiyini, hətta 5 evin olduğu kəndlərə belə getdiyini bildirib. 


"Anadolu" agentliyinin həmin muzeydən hazırladığı reportajda qeyd olunub ki, E.Tağıyeva "Qarabağ İgidləri" muzeyini ilk olarak Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin siqaretini gətirərərək yaratmağa çalışıb. Gəncə qarnizonunda çalışarkən isə şəhidlərə aid əşyaları toplamağa başlayıb. 

Şəhid Ülvi Məmmədovun toyunda gəlinə verdiyi güldən tutmuş Ermənistan sərhədində özünə sıxılan gülləyə qədər bir çox əşyaların sərgiləndiyi muzeydə girov götürülməmək üçün yanında gətirdiyi zəhəri içən Qaratel Hacımahmudova kimi onlarla qadın şəhidin əşyası var. 

Xezerxeber.az mövzu ilə bağlı reportajı təqdim edir:


Atif

Xəbər lenti