Xəzər Xəbər

Bakıda oğurluq hadisəsi baş verib

Cəmiyyət | 13:53 • 1 Dekabr 2020
Bakıda oğurluq hadisəsi baş verib

Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsinə rayon ərazisində avtomobillərdən birindən oğurluq edilməsi barədə məlumat daxil olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az verilən xəbərə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində K.Nəsrullayevə məxsus avtomobildən 1140 manat pul və müxtəlif qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Teymurov saxlanılıb.



Nərmin Məcidli

Xəbər lenti