Xəzər Xəbər

"Microsoft Teams proqramında idarəçilik tələbələrə və şagirdlərə verilməməlidir" - Açıqlama

Cəmiyyət | 11:38 • 27 Noyabr 2020
"Microsoft Teams proqramında idarəçilik tələbələrə  və şagirdlərə verilməməlidir" - Açıqlama

"Azərbaycanda təqribən 150 min müəllimdən 37 faizinin yaşı 60 üzərindədir və müasir texnologiya avadanlıqlarından istifadə edə bilmirlər. Bu proqramdan istifadə etmə öhdəliyini onların üzərinə buraxmaq bir sıra çətinliklər yaratdı".


Bu sözləri Xezerxeber.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.



O, 2020-ci ildə təhsil müəssisələrinin tədris prosesini onlayn qaydada həyata keçirilməsinin istər müəllimlərin istərsə də şagirdlərin bu platforma üzərindən bir çox çətinliklər yaşamaları ilə nəticələndiyini qeyd edib. "Etiraf edək ki onlayn təhsil prosesində iştirak etmək bizim şagird və müəllimlərimiz üçün yeni idi. Bu proqramın müsbət tərəflərindən əlavə bir sıra mənfi cəhətləridə var. Dərs prosesində iştirak edən şagirdlər səsi və görüntünü bağlayaraq dərsi pozurlar. Bundan əlavə qrupun inzibatçısı olan şagirdlər bəzən digər şagirdlərə mane ola bilir. Bu yaxşı hal deyil. Heç bir halda inzibatçılıq şagirdlərə və tələbələrə verilməməlidir. Orta təhsil müəssisələrində idarəetmə direktor və müəllimə, ali təhsil müəssisələrində isə tyutor, dekan müavinləri və müəllimlərə verilməlidir. Pedaqoqların proqramdan istifadə etməkdə çətinlik çəkməsi şagirdlərin bu proseslərə rəhbərlik etməsi ilə nəticələnir. Müəllimlər proqramı tam şəkildə mənimsədikdən sonra bu məsələ öz həlli yolunu tapa bilər".

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
540 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti