Xəzər Xəbər

Azərbaycan Ordusu mülki şəxslər zərər görməsin deyə bunu edir Hərbi ekspert

Cəmiyyət | 14:40 • 23 Oktyabr 2020
Azərbaycan Ordusu mülki şəxslər zərər görməsin deyə bunu edir

Azərbaycan Silahlı Qüvvələri işğal altındakı ərazilərimizi işğaldan azad etmək üçün Ermənistan silahlı qüvvələrinə qarşı əməliyyat keçirir.


XəzərXəbər xəbər verir ki, bunu Trend-ə açıqlamasında hərbi ekspert Ruslan İmanquliyev deyib.


O bildirib ki, ermənilər isə öz silahlı qüvvələrindən başqa bölgədə terrorçu qruplaşmaların da gücündən istifadə edir:


"Buna görə də sülhə məcburetmə prinsipləri çərçivəsində öz əhalimizi qorumaq üçün Azərbaycan Silahlı Qüvvələri antiterror əməliyyatlarından da istifadə edir. Bu məqsədlə Azərbaycan Silahlı Qüvvələri Ermənistan qoşunlarına, eyni zamanda ermənilərin bölgəyə cəlb etdiyi muzdlular və terrorçulara qarşı əməliyyat keçirir.


Azərbaycan Ordusu əllərində olan yüksək dəqiqlikli silahlar vasitəsilə, yüksək texnoloji və yüksək peşəkarlıqla Ermənistan silahlı qüvvələrini ərazilərimizdən təmizləməyə müvəffəq olur.


Hazırda mövcud döyüşlər uğurla davam edir. Ali Baş Komandanın dediyi kimi Azərbaycan Ordusu işğal altındakı bütün ərazilərimizi azad edəcək. Bu əməliyyatlar ərazilərimiz tam işğaldan azad olunana qədər davam edəcək".


Hərbi ekspert bildirib ki, Azərbaycan Silahlı Qüvvələri beynəlxalq konvensiyalara uyğun olaraq yüksək dəqiqlikli silahlardan o məqsədlə istifadə edir ki, bölgədə yalnız hərbi obyektləri zərərsizləşdirsin:


"Biz bölgədə sivil əhaliyə heç bir zərər vermədən yüksək dəqiqlikli texnologiya və silahların tətbiqi ilə Ermənistan silahlı qüvvələrinin zərərsizləşdirilməsinə müvəffəq oluruq".

Rubrikanın digər xəbərləri

Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti