Xəzər Xəbər

Oturaq işin zərərlərini necə azaltmaq olar?

Cəmiyyət | 15:11 • 15 Avqust 2020
Oturaq işin zərərlərini necə azaltmaq olar?

"Oturaq vəziyyət insan pozasının fizioloji tələbat baxımından ən qeyri-funksionalıdır”.


Bunu "Sputnik” radiosuna müsahibəsində kardioloq Vladimir Xoroşev deyib.


"İnsan ayaqüstə olarkən və ya uzanarkən onun arteriyaları düz vəziyyətdə qalır. Oturarkən isə damarlar daralır və arterial qanın axını kəskin azalmağa başlayır. Bu, çox pis haldır. Qan axışının yavaşlaması həmin arteriyalarda aterosklerotik dəyişikliyin artmasına səbəb ola bilər. Bu isə çox ağır fəsadlara - aşağı ətraflarda arterial yolların zədələnməsinə yol aça bilər. Təəssüf ki, bunun müalicəsi də çox bahadır”, -  kardioloq bildirib.


Oturaq işin mənfi fəsadlarını azaltmağa gündə yarım saat – bir saatlıq fiziki məşğələlər yardımçı ola bilər: "Oturaq poza ən əlverişsizidir. Əgər insanın oturaq həyat tərzindən çəkinmək imkanı varsa, bunu etmək gərəklidir. Müasir ofislərdə ayaqüstü kompüter stollarının quraşdırılması boşuna deyil. Belə yerdə insan oturmur, ayaqüstə qalır. Bu funksional olaraq alverişlidir. Bilmək lazımdır ki, ayaqüstə qalmaq heç də zərərsiz deyil, ancaq insan hər 30 dəqiqədən bir hərəkət edərsə, bu ziyanı azalda bilər”./report

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
552 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti