Xəzər Xəbər

Uşaqları çimərliyə apararkən ən çox nəyə diqqət edilməlidir?

Cəmiyyət | 14:25 • 14 Avqust 2020
Uşaqları çimərliyə apararkən ən çox nəyə diqqət edilməlidir?

"Həkim məsləhəti” rubrikasında pediatr Təranə Göyüşova "Uşaqları çimərliyə apararkən ən çox nəyə diqqət edilməlidir?” sualını cavablandırıb.


Valideynlər hər zaman istəyirlər ki, qısa yay aylarında uşaqları mümkün qədər çox günəş şüaları altında olsun və D vitamini alsınlar. Çimərliklər uşaqların fiziki və ruhi inkişafında mühüm rol oynayır. Lakin uşaqları çimərliyə aparan zaman müəyyən qaydalara ciddi riayət etmək lazmdır.


Uşaqları saat səhər saat 10.00-a qədər və axşam saat 17.00-dan sonra çimərliyə aparmaq lazımdır. Yay aylarında günün isti vaxtında günəş şüaları altında qalmaq və dəniz kənarında olmaq uşaqlara məsləhət görülmür. Valideynlər uşaqları daha çox günəşin zərərli şüalarından qorumalıdırlar. Belə ki, günəş şüaları altında uzun müddət qalmaq uşaqlarda bir çox xəstəliklərə səbəb ola bilər.


Orqanizmin D vitamini alması üçün bir neçə dəqiqə gün altında gəzmək kifayət edir. Uşaqlar günəş altında kepka, şlyapa geyinməli və gün altına çıxmamışdan 30 dəqiqə öncə günəş şüalarından qoruyucu krem çəkilməlidir. Hər dəfə dənizdə çimdikdən sonra gün kremi yenidən vurulmalı, əgər uşaq çimmirsə gün kremi hər 2 saatdan bir yenidən vurulmalıdır. Dərinin rəngi açıq olan uşaqlar daha çox risk altında olur.


Dənizdən və ya hovuzdan çıxdıqdan sonra uşaqların yaş geyimləri dərhal dəyişilməlidir. Çünki yaş geyim ilə gəzmək uşaqların sağlamlığını təhlükə altına alır. Gün altında qorunmasız şəkildə uzun müddət qalan uşaqlarda hərarətin artması, baş ağrısı, bəzən də ürəkbulanması, qusma kimi əlamətlər müşahidə edilə bilər. Yüngül yanma zamanı dəridə qızartı, ağrı və yanma hissi, ağır yanıqlar zamanı isə su dolu qabarcıqlar və hüceyrə zədələnməsi baş verə bilər./trend

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti