Xəzər Xəbər

Baş infeksionistdən xəbərdarlıq - "Payız aylarına hazır olmalıyıq"

Cəmiyyət | 20:04 • 12 Avqust 2020
Baş infeksionistdən xəbərdarlıq -

Azərbaycanda hazırda koronavirusa yoluxanların sayında azalma müşahidə olunur. Yay fəslinin bitməsinə az qalır və payızın başlaması ilə həm də hava sərinləşəcək Fəsil dəyişkliyi qrip və soyuqdəymə ilə xəstələnənlərin sayını artırır. Hazırda isə əhalini daha çox koronavirusla bağlı vəziyyətin payız aylarında necə olacağı narahat edir.


Payız aylarında koronavirusa yoluxma faizinin artması gözlənilirmi?


"Koronavirus soyuq havaya davamlı olduğuna görə payız aylarında xəstəliyin artma ehtimalı qalır”.


XəzərXəbər xəbər verir ki, bunu Lent.az -a açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib.


Onun sözlərinə görə, yoluxmanın qarşısını almaq üçün bir neçə aydır alışdığımız vərdişlərə ciddi əməl etməliyik: "Bizə aşılanan vərdişlər var. Maska taxmaq, əhalinin sıx olduğu yerlərdən uzaq durmaq, təmizliyə əməl etmək və s. kimi vərdişlərə davamlı əməl etməyimiz çox vacib şərtdir. Yəni, bu gündən payız-qış ayları üçün hazır olmalıyıq”.


Həkim bildirib ki, sadalanan vərdişlərlə yanaşı, normal qidalanmalı, zərərli vərdişlərdən bacardıqca imtina etməliyik.


C.İsayev vurğulayıb ki, immuniteti güclü saxlamaq üçün yuxu rejiminin gözlənilməsi, eləcə də əsəb sisteminin qorunması da vacib şərtlərdəndir.

Xəbər lenti