Xəzər Xəbər

Bakıda karantin rejimini pozaraq kiçik toy məclisi təşkil edənlər cərimələnib - FOTO

Cəmiyyət | 14:40 • 13 İyul 2020
Bakıda karantin rejimini pozaraq kiçik toy məclisi təşkil edənlər cərimələnib -

Sabunçu rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə kiçik toy məclisi təşkil edilməsinin qarşısı polislər tərəfindən alınıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan Azad Cavadovun oğıuna toy məclisi təşkil etməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin əraziyə yollanaraq karantin qaydasının pozulması halını aşkar ediblər. Məclisin təşkilatçısı A.Cavadov və orada daha 15 nəfər qonaq saxlanılaraq Polis Şöbəsinə gətirilib.


Xüsusi karantin qaydalarını pozan ümumilikdə 16 nəfər barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onların hər biri 200 manat məbləğində cərimə ediliblər.

Xəbər lenti