Xəzər Xəbər

FHN Akademiyasına sənəd qəbulu iyulun 8-dən 19-dək həyata keçiriləcək

Cəmiyyət | 17:29 • 7 İyul 2020
FHN Akademiyasına sənəd qəbulu iyulun 8-dən 19-dək həyata keçiriləcək

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasına sənəd qəbulu iyulun 8-dən 19-dək davam etdiriləcək.


FHN-dən bildiriblər ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul olmaq istəyən namizədlər şəxsiyyət vəsiqəsinin, doğum haqqında şəhadətnamənin, orta təhsil haqqında attestatın (11-ci sinif şagirdləri üçün müvafiq arayış), hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə vəsiqəsinin, Dövlət İmtahan Mərkəzində qeydiyyatdan keçmə haqqında elektron ərizənin surətlərini, eləcə də FHN Akademiyasına qəbulla bağlı elektron ərizənin və sorğu vərəqini dolduraraq imzalanmış surətlərini, habelə orta məktəbdən, iş yerindən və ya hərbi hissədən xasiyyətnaməni PDF formatında iyulun 8-dən 19-dək sqk@fhn.gov.az elektron ünvanına göndərməklə namizəd kimi qeydə alınacaqlar.


Elektron müraciəti əsasında namizəd kimi qeydə alınan abituriyentin fiziki hazırlığını müayinə etmək məqsədilə onun elektron ünvanına FHN-in Xüsusi Həkim Ekspertiza Komissiyasına getməsi üçün göndəriş ötürüləcək. Namizəd göndərişlə yanaşı, yaşayış yeri üzrə qeydiyyatda olduğu poliklinikadan son beş ilə aid qısa epiqriz, QİÇS olmaması barədə, vərəm, ruhi-əsəb, narkoloji və dəri-zöhrəvi dispanserlərdən arayışları əldə edərək göstərilən tarixdə müayinə olunmaq üçün Bakı şəhəri, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi - 124 ünvanında yerləşən Xüsusi Həkim Ekspertiza Komissiyasına şəxsən gəlməlidir.


İştirakçılar sorğu vərəqinin şablonunu və seçdiyi ixtisasa uyğun ərizə formasını nazirliyin saytından yükləyə bilərlər. Əlaqə telefonları: (012) 512-41-61, WhatsApp: (055) 754-12-39, (070) 745-16-45, email: sqk@fhn.gov.az .

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
522 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti