Xəzər Xəbər

DİN dəfn icazəsi ilə bağlı məsələyə aydınlıq gətirdi

Cəmiyyət | 20:12 • 4 İyun 2020
DİN dəfn icazəsi ilə bağlı məsələyə aydınlıq gətirdi

Nazirlər Kabinetinin 2020-ci il 4 iyun tarixli Qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilməklə iyunun 6-sı saat 00:00-dan 8 iyun saat 06:00-dək vətəndaşların yaşayış yerini və olduğu yeri tərk etməsi qadağan olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar həmin şəhər və rayonların sakinlərindən xahiş olunur ki, yaxın qohumun (valideynin, ərin, arvadın, övladın, qardaşın, bacının, babanın, nənənin, nəvənin, qaynatanın, qaynananın) dəfnində iştirak etməyə icazə almaq üçün Daxili İşlər Nazirliyinin 590–80–20 "qaynar xətt” nömrəsinə, yaxud "102” Xidmətinə müraciət edilsin.

İyunun 6-dan etibarən 8 iyun tarixədək qəbul ediləcək müraciətlərə qısa müddətdə baxılaraq hər biri cavablandırılacaq. Yaxın qohumluq əlaqələri təsdiqlənəcəyi halda icazə verilmiş şəxs barədə məlumat polisin patrul naryadları tərəfindən və postlarında nəzərə alınacaq.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
521 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti