Xəzər Xəbər

Diabetin faizi niyə qalxır? Professor AÇIQLADI

Cəmiyyət | 15:27 • 25 May 2020
Diabetin faizi niyə qalxır?

Türkiyənin Obezite və Metabolik Cərrahiyyə Mütəxəssisi Prof. Dr. Alper Çelik şəkərli diabetin artmasının səbələrini açıqlayıb.

Türkiyə mətbuatına istinadla həkimin fikirlərini təqdim edirik:

"İnsan bədəni yediyi karbohidratları şəkərə (qlükozaya) parçalayır. Mədəaltı vəzdə əmələ gələn insulin adlı hormon bədən hüceyrələrinə həmin şəkəri enerjiyə çevirmək göstərişi verir. Diabetin yaranmasına isə insulinin hasil olunmaması və ya hormonun funksiyasını yerinə yetirməməsi səbəb olur. Nəticədə, qanda şəkərin miqdarı artır".

"Diabet nisbətinin artmasının ən böyük səbəbi həyat tərzinin daim dəyişməsidir. Məsələn, texnologiyanın gündən-günə inkişaf etməsi və özünü yeniləməsi iş həyatında artan stresə, sağlam olmayan qidalanmaya və oturaq həyata səbəb olur. Şəkərli diabetin artmasının başqa bir amili idman etmək vərdişinin olmamasıdır. Hazırda nizamlı idman mədəniyyəti o qədər də inkişaf etməyib. Bu hərəkətsiz həyat tərzi diabet riskini artırır. Bundan əlavə, yetərsiz və pis qidalanma vərdişi də şəkər xəstəliyinə səbəb olan amildir. "Fast food" və hazır yemək mədəniyyətinin formalaşması nəticəsində diabet nisbətinin artdığı müşahidə edilib" - deyə, cərrah əlavə edib./publika.az

Xəbər lenti