Xəzər Xəbər

Pandemiya dövründə qanunsuz ov halları azalıb

Cəmiyyət | 21:50 • 21 May 2020
Pandemiya dövründə qanunsuz ov halları azalıb

Karantin dövrünün ətraf mühitə müsbət təsirindən bəhs edilir. Lakin bəzi dünya ölkələrində əks tendensiyalar var. Belə ki, karantin dövründə bilavasitə cavabdeh şəxslərin təbiət ərazilərinə nəzarət etməməsi səbəbindən qanunsuz ov hallarının artması müşahidə olunur. Bu, Nepalda, Cənubi Amerikanın bir sıra ölkələrində ciddi bir fəsad kimi qeyd olunur.


Xezerxeber.az xəbər verir ki, bunu mayın 21-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.


Nazirlik rəsmisi deyib ki, ölkəmizdə bu sahədə də balanslaşmış siyasət tətbiq olunduğundan, yəni müəyyən icazə verilmiş say həddində işçilərin öz vəzifə funksiyalarını yerinə yetirməsi təsbit edildiyindən, bütün sahələrdə olduğu kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xidməti ərazilərində də nəzarət tədbirləri aparılıb. Pandemiya dövründə ətraf mühitin digər sahələri kimi, qanunsuz ov sahəsində də ciddi azalma müşahidə edilib. Çox az sayda belə qanunsuz ov faktları qeydə alınıb. Lakin ümumilikdə azalma tendensiyası müşahidə edilməkdədir.

Xəbər lenti