Xəzər Xəbər

Tanınmış həkim koronavirusun başa çatacağı vaxtı AÇIQLADI

Cəmiyyət | 13:41 • 30 Mart 2020
Tanınmış həkim koronavirusun başa çatacağı

Tanınmış pediatr, teleaparıcı və sağlamlıq mövzusunda kitabların müəllifi Yevgeni Komarovski koronavirus pandemiyasının başa çatma müddətini elan edib və hər kəsi karantin məhdudiyyətlərinə tam əməl etməyə çağırıb.

Rusiya mətbuatı xəbər verir ki, həkim yutub kanalında yerləşdirdiyi yeni videosunda COVID-19-la bağlı populyar sualları cavablandırıb və xəstəliyin qarşısının alınması üçün effektiv tədbirlərdən danışıb:

"Epidemioloqların əksəriyyəti bu fikirdədir ki, 28 gün ard-arda ölkədə yeni xəstəliyin diaqnozu qoyulmadığı zaman rahatlaşmaq mümkün olacaq. Təbii ki, ətrafda hər şey sakitləşəcək və virusa yoluxmaq üçün heç bir risk olmayacaq”, - deyə Komarovski koronavirus epidemiyasının başa çatmasının dəqiq müddətini açıqlayıb.

Həkim əmindir ki, karantin məhdudiyyətlərinə əməl edərək özümüzü xəstəlikdən qoruya bilərik. Teleaparıcı hər kəsi mümkün qədər nadir hallarda çölə çıxmağa çağırıb.

Qeyd edək ki, Çin səlahiyyətliləri 2019-cu ilin dekabr ayının sonunda Uhanda yeni növ koronavirusun ortaya çıxdığını bildirib. Ölkədə pandemiya artıq lokallaşdırılıb.

Azərbaycan hökuməti də virusun yayılmasının qarşısını almaq üçün bütün zəruri tədbirləri görür.

Qidalanma mütəxəssisləri pandemiyanın qarşısını almaq üçün insanları immuniteti möhkəmləndirməyə, meyvə-tərəvəz və göyərtiyə üstünlük verməyə səsləyir./publika.az

Xəbər lenti