Xəzər Xəbər

Qripə yoluxmaq istəmirsinizsə... Professor açıqladı

Cəmiyyət | 16:49 • 22 Yanvar 2020
Qripə yoluxmaq istəmirsinizsə...

Turş qatıq yeyənlər qışda qripə daha az yoluxur.

Türkiyə mətbuatı xəbər verir ki, turş qatıq qrip və digər tənəffüs yolu infeksiyalarından qoruyur. Bu barədə Mustafa Kamal Universitetinin (MKU) Tibbi Mikrobiologiya kafedrasının rəhbəri, professor Nizami Duran məlumat verib. O, bildirib ki, "Patogenlərə qarşı Probiotik Mikroorqanizmlərin Fəaliyyətinin Tədqiqi" layihəsində qripdən qorunma ilə bağlı mühüm nəticələr əldə olunub.

"Qatıq bakteriyasından çox təəccüblü nəticələr əldə etdik. İnfeksiyalardan qorunmağın ən vacib sahələrindən biri immunitet sistemimiz tərəfindən ifraz olunan immunoqlobulinlərdir. Araşdırmalar göstərib ki, qatıq bakteriyaları ilə müntəzəm qidalanan heyvanlarda qoruyucu mayelər daha yüksəkdir. Bu o deməkdir ki, qatıqla qidalanan canlılar yuxarı tənəffüs yolu iltihablanmasından, xüsusən də qripdən 10 qat daha güclü müdafiə olunur”, - deyə Nizami Duran qeyd edib.

Professor daha sonra əlavə edib ki, qrip kimi virus infeksiyalarının qarşısını almağın ən vacib yolu immunitet sistemini gücləndirmək və balanslı pəhrizdir.

Ekspert qatığın maksimum faydalı olması üçün onu bakteriya sayının yüksək olduğu maya ilə mayalamağı və ən azı 24 saat isti şəraitdə, hətta turş dad alana qədər saxlamağı təklif edib. O, bunun daha faydalı olacağını qeyd edib.

Yuxarı tənəffüs yollarının infeksiyasına səbəb olan viruslar və ya bakteriyaların yaratdığı xəstəliklərdən qorunmaq üçün hər naharda mayalanmış qatıq yeyin.

Sonda həkim immun sistemini gücləndirmək üçün səhər uşaqlara qatıq suyu verilməsi təklifi ilə çıxış edib./publika.az

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti