Xəzər Xəbər

Diqqət: Bu qidalar qocalmanı 10 qat sürətləndirir – Siyahı

Cəmiyyət | 12:40 • 15 Dekabr 2019
Diqqət:

Qidaların bədənimizə və sağlamlığımıza təsiri böyükdür.

Şəkər, zərərli yağlar, artıq duz, alkoqol və kofein tərkibli qidalar bədənimizdəki vacib zülalları məhv edə bilər. Bu vəziyyət bədənin və dərinin susuzlaşmasına səbəb olur.

Hər kəs şəkərin nə qədər zərərli olduğunu bilir. Kilo artımından qırışların meydana gəlməsinə qədər bir çox zərərli məqamları qeyd edə bilərik. Şəkərin çox olması qlikasiyaya səbəb olur. Bu proses bədəndəki zülalları və lipidləri zədələyir, qırışların inkişafına kömək edir.

Fəst fud, qızardılmış yağlar, marqarin, konservləşdirilmiş bu siyahıya daxildir. Trans yağlar ürək xəstəlikləri riskini artırmaqla yanaşı damarlarınızı da sərtləşdirir. Bu, dəridəki qan axını zəiflədərək vaxtından əvvəl yaşlanmaya səbəb olur.

Duz isə hüceyrələrin daralmasına, susuzluğa gətirib çıxarır. Bədən susuzlaşdıqda, dəri daha da qırışır və qocalır. Çoxları tərəfindən sevilən kolbasa, ləzzətli ət – çoxlu duz və konservantlardan ibarətdir.

Bundan əlavə, bu məhsullar bədəndə C vitamini miqdarını azaldır, bu da kollagenin əmələ gəlməsi üçün çox vacibdir.

Kofein bədənini susuzlaşdırır və nəm çatışmazlığına səbəb olur. Bunu həll etməyin sadə yolu var: istehlak etdiyiniz hər qəhvə üçün bir stəkan su için, bu, dərinizi nəmləndirir.

Acı qidalar qan damarlarını genişləndirir və dərinin vaxtından əvvəl qocalmasına səbəb olur. Ədviyyatların müntəzəm istehlakı allergik reaksiyalara, şişkinliyə və ya daimi qızartıya səbəb ola bilər.

teleqraf

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti