Xəzər Xəbər

Ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququ yeni qaydada tənzimlənəcək

Cəmiyyət | 18:22 • 22 Oktyabr 2019
Ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququ yeni qaydada tənzimlənəcək

Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədi ilə ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab ediləcək.


Xezerxeber.az-ın məlumatına görə, bu, "Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.


Layihəyə əsasən, ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin onlardan hər birinə düşən məbləği "Sosial müavinətlər haqqında” qanun ilə müəyyən edilmiş ailə başçısını itirməyə görə sosial müavinətlərin məbləğindən az olduqda, əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər biri ailə başçısını itirməyə görə pensiya əvəzinə ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququna malik olacaq.


Qəbul ediləcəyi təqdirdə, qanun gələn il yanvarın 1-dən qüvvəyə minəcək.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
396 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti