Xəzər Xəbər

Hansı qan qrupu insanlar daha çox infarkt olur? ARAŞDIRMA

Cəmiyyət | 16:33 • 16 Oktyabr 2019
Hansı qan qrupu insanlar daha çox infarkt olur?

Qan qrupunuzla infarkt arasında əlaqə varmı? Alimlər sübut edib ki, insanın infarkt riskinə məruz qalmaması, qidalanma, idman və siqaret vərdişləri, peşə vəziyyəti və genetik meyl kimi ətraf mühit amillərindən asılıdır. Lakin bu mövzuda indiyə qədər bilinməyən yeni bir səbəb kəşf edilib.

XəzərXəbər medicina.az-a istinadən bildirir ki, İngiltərə Milli Səhiyyə Xidməti bir sıra araşdırmalar aparıb. Araşdırma zamanı yaşı 30-75 arası olan 62.073 qadın və 24.428 kişinin qan qruplarına əsasən infarkt olma riskini tədqiq edilib. Həmçinin iştirakçıların yaşı, qidalanması, çəkisi, siqaret çəkmə vərdişləri kimi digər risk faktorları nəzərə alınıb.

Nəticələr göstərir ki, infarkt riski ən çox IV (AB) qan qrupundadır. Bu risk 23% təşkil edir. Daha sonra 5 %-lə II (A) qan qrupu, 11%-lə isə III ( B ) qan qrupu gəlir.

Bu fərqin bioloji mexanizmi və genetik səbəbləri hələ bilinməsə də, əvvəlki tədqiqatlar qan qrupları arasındakı fərqin qan damarlarında iltihabı və xolesterol səviyyəsini təyin etməkdə təsirli olduğunu müəyyən edib.

Qan qrupu və ürəkxəstəlikləri riski arasındakı əlaqəni tam başa düşmək üçün əlavə araşdırmalar tələb olunur. Doğrudur, qan qrupunuzu dəyişə bilməzsiniz, ancaq risk qrupunda yer alırsınızsa, bəzi şeylərə mütləq diqqət etməlisiniz. Bunlara sağlam qidalanmaq, nizamlı idmanla məşğul olmaq və ən azı ildə bir dəfə qanda xolesterol səviyyəsini ölçməklə infarkt riskini azalda və ya aradan qaldırmaq mümkündür.

Xəbər lenti