Xəzər Xəbər

Fədayə Laçının azadlığa buraxılacağı dəqiq vaxtı vəkili açıqladı

Cəmiyyət | 12:16 • 15 Oktyabr 2019
Fədayə Laçının azadlığa buraxılacağı dəqiq vaxtı vəkili açıqladı

Həbsdə olan müğənni Fədayə Laçın bu il oktyabrın 30-da cəza müddəti başa çatdığı üçün azadlığa buraxılacaq.


Bu barədə Trend-ə F.Laçının vəkili Türkel Süleymanlı deyib.


Onun sözlərinə görə, müğənni barədə sanksiya 2017-ci il oktyabrın 30-da verilib və cəza müddəti də həmin vaxtdan hesablanır: "Hətta hansısa vətəndaş, təqsirləndirilən şəxslərdən də kimsə şikayət etsə, bu, qərarın icrasına mane olan hal deyil. İş Ali Məhkəməyə getsə belə, Apellyasiya Məhkəməsinin qərarı icra olunacaq və Fədayə xanım məhkəməyə azadlıqdan gedəcək. Çünki müvəkkilim oktyabrın 30-da cəzasını tam olaraq çəkmiş sayılacaq”.


Vəkil bildirib ki, bu həftə Fədayə Laçına baş çəkəcək: "Ümumi vəziyyəti kafidir, amma müalicəyə ehtiyacı var. Görüşəndə Fədayə Laçınla bəzi məsələləri müzakirə edəcəyik".


Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması ilə bağlı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.


Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvətalma) maddəsi isə ittihamdan xaric olunub. Hökmdən narazı qalan F.Laçın və digərləri apellyasiya şikayəti veriblər.


Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib və F. Laçının cəza müddəti 2 ilə endirilib.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti