Xəzər Xəbər

Bu gün Abşeronun bir hissəsində işıq olmayacaq

Cəmiyyət | 12:58 • 9 Sentyabr 2019
Bu gün Abşeronun bir hissəsində işıq olmayacaq

Bu gün Abşeron rayonu Məhəmmədi kəndinin bəzi ərazilərində istehlakçıların elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaranacaq.

Bu barədə Trend-ə "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, fasilənin yaranmasına səbəb Bağlar RETSİ-nin xidməti ərazisi olan həmin kəndin bir hissəsini elektrik enerjisi ilə qidalandıran 110/35/10 kVt-luq "Zabrat" yarımstansiyasından çıxan 10 kVt-luq "Məhəmmədi-1" elektrik verilişi xəttində aparılacaq yenidənqurma işləridir.

Yaranmış narahatlığa görə "Azərişıq" istehlakçılardan üzr istəyir.

Xəbər lenti