Xəzər Xəbər

Məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayır

Cəmiyyət | 09:23 • 26 Avqust 2019
Məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayır

Bu gündən məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayacaq.


Xezerxeber.az-ın məlumatına görə, Təhsil naziri Ceyhun Bayramovun 2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə imzaladığı əmrə əsasən bu proses sentyabrın 25-dək davam edəcək.


Məktəbəhazırlıq qruplarına sənəd qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə elektron qaydada həyata keçiriləcək.


Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 2014-cü ildə anadan olmuş uşaqlar qəbul olunurlar.

Xəbər lenti