Xəzər Xəbər

Paytaxt məktəblərində vakansiya seçiminə başlanılacaq

Cəmiyyət | 18:56 • 16 Avqust 2019
Paytaxt məktəblərində vakansiya seçiminə başlanılacaq

Avqustun 19-dan Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumtəhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin vakansiya mərhələsinə start veriləcək.


BŞTİ-dən bildirilib ki, müsabiqənin test imtahanı mərhələsində keçid balından yüksək nəticə göstərən namizədlər avqustun 23-ü saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər. Hər bir namizədə 5 yer seçmək hüququ verilir.


Namizədlər arzu etdikləri vakansiyaları seçdikdən sonra müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsi avqustun 26-dan başlanacaq.


Qeyd edək ki, BŞTİ tərəfindən ümumtəhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin test imtahanı mərhələsində iştirak edən 1655 namizəddən 555-i keçid balından yüksək nəticə göstərib.

Xəbər lenti

Çox oxunanlar