Xəzər Xəbər

Azərbaycan dövlət strukturları tərəfindən kibertəhlükəsizliklə bağlı edilən sorğuların sayı artıb

Cəmiyyət | 14:08 • 10 Avqust 2019
Azərbaycan dövlət strukturları tərəfindən kibertəhlükəsizliklə bağlı edilən sorğuların sayı artıb

Bu ilin iyul ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılmış sorğuların sayı iyun ayı ilə müqayisədə 31,2% artaraq 353 ədəd təşkil edib.


Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən xezerxeber.az-a verilən məlumata görə, iyul ayı ərzində mərkəzə daxil olan sorğulardan 94%-nə baxılıb və təmin edilib.


Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 20 hesabat təqdim edilib.


Mərkəzdən verilən məlumata əsasən, cari ilin iyul ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 2 domen və 3 subdomen qeydiyyatdan keçib.


Ümumilikdə, bu ilin yanvar-iyul aylarının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 2229 təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğunun 93,8%-i baxılıb və təmin edilib. Bu müddət ərzində aparılan informasiya təhlükəsizliyinin yoxlanışı əsasında 139 hesabat hazırlanaraq müvafiq strukturlara göndərilib. Yanvar-iyul ayları ərzində Azərbaycanın internet seqmentində 24 domen və 44 subdomen qeydiyyata alınıb.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar