Xəzər Xəbər

Quşüzümünün orqanizmə 10 faydası – Ürək, böyrəklər, beyin və sinirlər

Cəmiyyət | 12:25 • 27 İyun 2019
Quşüzümünün orqanizmə 10 faydası

Quşüzümü artıq bazarlarda mövsümü olan giləmeyvədir. Tərkibində C, E, PP vitaminləri, flavonoidlər, kversetin, kalium, kalsium, dəmirlə zəngindir.


XəzərXəbər medicina.az-a istinadən bu maraqlı giləmeyvənin orqanizmimizə 10 əsas faydasını təqdim edir. Hansı xəstəliyi olanlar quşüzümünün özünü, kompotunu, qurusunu və mürəbbəsini daha çox istifadə etməlidir?


1.Oynaqlarda iltihabı götürür, revmatizm, artrit, artroz - tərkibində olan kversetin oynaqlarda iltihablaşmanı aradan qaldırır, azaldır və hərəkətliliyi artırır.


2.Ürək -damar xəstəliklərində - triqliseridlərin səviyyəsini azaldır, ürək əzələsini rahatladır, damarları təmizləyir, qan dövranını yaxşılaşdırır. Bununla da insult-infarkt riskini azaldır.


3.Şəkərli diabet - qanda qlükozanın səviyyəsini endirir, hüceyrələri canlı saxlayır, diabetin digər orqanlara, damarlara zərbəsini azaldır


4.Qaraciyər yağlanmasında - qaraciyərdə piy, yağ toplanmasına, alkoqol mənşəli olmayan qaraciyər xəstəliklərinə qarşıdır


5.Beyin hüceyrələrini qoruyur - quşüzümü beyin üçün antioksidantdır. Beynin işləməsini təmin edir, yaddaşı, diqqəti gücləndirir. Qocalıq demensiyası, huşsuzluq, Alsgeymer xəstəliyinə qarşıdır


6.Gözləri sağlamlaşdırır - torlu qişanın sərbəst radikallardan zədələnməsinin qarşısını alır, göz yorğunluğunu götürür


7.Bağırsaqları sağlamlaşdırır - qəbizlik, diareya, köpə qarşıdır. Faydalı bağırsaq bakteriylarını artırır


8.Böyrəklərin iltihabına qarşı - Böyrək və sidik yollarında infeksiyaları öldürür, daş, qum, kristalı tökür, iltihabı aradan qaldırır. Sidik kisəsi sistitində əvəzsizdir. Təbii sidikqovucudur


9.Kişilərdə cinsi zəiflik - impotensiyaya qarşıdır


10. Süd vəzi, bağırsaq və uşaqlıq xərçənginə qarşı - tərkibindəki zülal və birləşmələe bu orqanlarda xərçəng hüceyrələrinin inkişafını azaldır, şişlərin böyüməsinə qarşıdır


Hamilələr də qəbul edə bilər, çox faydalıdır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti