Xəzər Xəbər

AMEA-nın magistraturasına qəbul ödənişli əsaslarla həyata keçiriləcək - QİYMƏT

Cəmiyyət | 12:28 • 25 May 2019
AMEA-nın magistraturasına qəbul ödənişli əsaslarla həyata keçiriləcək -

Nazirlər Kabineti tərəfindən 2019/2020-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına 24 ixtisas, 88 ixtisaslaşma üzrə 138 plan yeri təsdiq edilib.


Xezerxeber.az-ın Akademiyaya istinadən verdiyi xəbərə görə, ayrılan plan yerlərindən 103-ü dövlət sifarişli, 35-i isə ödənişli əsaslarladır.


Bildirilib ki, cari ildə ilk dəfə olaraq AMEA-nın magistraturasına ödənişli əsaslarla tələbə qəbulu həyata keçiriləcək. Ödənişli əsaslarla təhsil alanların illik təhsil haqqlarının məbləği 1600 manat müəyyən olunub.

Xəbər lenti