Xəzər Xəbər

İcbari tibbi sığortanın baza hissəsi bütün vətəndaşlara şamil ediləcək

Cəmiyyət | 19:20 • 15 May 2019
İcbari tibbi sığortanın baza hissəsi bütün vətəndaşlara şamil ediləcək

İcbari tibbi sığorta ilə əlaqədar xidmətlər paketi hazırdı. Həmin paketdə hansı xidmətlərin göstərilməsi nəzərdə tutulub. İcbari tibbi sığortanın tətbiqi əhalinin aldığı tibbi xidmətlərin sayını əhəmiyyətli dərəcədə genişləndirəcək.


AZƏRTAC xəbər verir ki, bu sözləri Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.


Əli Əhmədov bildirib ki, icbari tibbi sığortanın baza hissəsi bütün vətəndaşlara şamil ediləcək. Elə xidmətlər var ki, onların tətbiqi icbari tibbi sığortada nəzərdə tutulmur. Bunlar birbaşa insanların sağlamlıqları ilə əlaqəli olmayan xidmətlərdir. Nümunə olaraq plastik əməliyyatları deyə bilərəm. Hesab edirəm ki, icbari tibbi sığorta çox böyük və əhəmiyyətli bir sosial layihə olaraq 2020-ci ildən etibarən ölkəmizdə tətbiq ediləcək.

Xəbər lenti