Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

“Əmimin arvadı ilə münasibətim olub” – Qısqanclıq qətlinin şok təfərrüatı

16.11.2018 14:41

Bakıda əmisinin həyat yoldaşını öldürməkdə təqsirləndirilən Rəsul Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, bu il iyulun 17-də, saat 08.00-da Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi ev 14-də qəsəbə sakini Mariya Qəhrəmanovanın meyiti aşkar olunub.

Məlum olub ki, həmin gün saat 06.00-da Mariya Qəhrəmanova ilə birgə yaşayan ərinin qardaşı oğlu, əvvəllər məhkum olunmuş Rəsul Hüseynov arasında münaqişə baş verib.

Münaqişə zəminində Rəsul Hüseynov Mariya Qəhrəmanovanın baş nahiyəsinə yumruqla vuraraq, onu qətlə yetirib.

Rəsul Hüseynov barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

İttihama münasibət bildirən Rəsul Hüseynov özünü təqsirli bilməyib. O, deyib ki, əmisinin arvadı Mariya ilə mübahisə yaranıb: "Aramızda mübahisə yarandı, onu itələdim, yerə yıxıldı. Ancaq öldürmək niyyətim olmayıb. Həm də sərxoş idim, hadisədən əvvəl spirtli içki qəbul etmişdim”.

Prokurorun suallarını cavablandıran Rəsul Hüseynov əmisi arvadı ilə aralarında münasibət olduğunu və onu qısqanclıq zəminində vurduğunu etiraf edib.

Növbəti proses noyabrın 23-də davam edəcək.

© xezerxeber.az


530 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR