Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Məktəblilərin payız tətili başlayır

13.11.2018 14:39

Bu həftə ümumtəhsil məktəblərində 2018-2019-cu dərs ilinin payız tətili başlayır. 

Xezerxeber.az məlumat verir ki, 2018-2019-cu dərs ilinin ilk tətili - payız tətili 16-20 noyabr tarixlərində olacaq. Dərslər isə noyabrın 21-də başlayacaq.

Qeyd edək ki, təhsil nazirinin imzaladığı müvafiq əmrə əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Dərs ili iki yarımilə bölünür: Birinci yarımil 15 sentyabr — 26 yanvar, ikinci yarımil isə 1 fevral — 14 iyun tarixlərini əhatə edir.

Bundan başqa, dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib:

5 gün payız tətili (16-20 noyabr);

5 gün qış tətili (27-31 yanvar).

İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).

© xezerxeber.az

FOTOQALERIYA






634 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR