Ceyranbatanda sultan quşu tapılıb - Onun adı qırmızı kitaba düşüb - VİDEO

22.10.2018 20:54

Abşeronda nadir halda rast gəlinən sultan quşu tapılıb. Ceyranbatan bağlarında bir həyətə düşən quşun uçmağa taqəti olmayıb. Qüdrət Feyziyev adlı sakin heyvanılazımı təşkilatlara vermək istəsə də, quş ölüb. Qeyd edək ki, sultan quşunun adı qırmızı kitaba düşüb.

Abşeron rayonun Ceyranbatan bağlarında bir həyətənadir halda rast gəlinən Sultan quşu enib.

Qüdrət Feyziyev adlı sakin sultan quşunu bu ərazilərdə ilk dəfədi gördüyünü deyir. Onun sözlərinə görə, müxtəlifrənglərə çalan quş göydən düşdükdən sonra uça bilməyib.

Nadir quş bir həfətdir ki, heç nə yemədənQüdrət Feyziyevin həyətində yaşayıb. Yalnız uşaqların verdiyi qurdlala qidalanan heyvan çox zəifləyib.

Bu gün isə heyvan ölüb. Qeyd edək ki, Sultan quşuna nadir hallarda Ağzıbir gölündə və Mil düzü su hövzələrində rast gəlinir. Ən çox sevdiyi yuvalama yerləri gölün kənarlarındakı sıx qamışlıqdır. Dövlət ekologiya komitəsinin hesablamalarına əsasən 1993-cü ildə 130 min fərd qeydə alınıb. Adı qırmızı-kitaba düşüb.

© xezerxeber.az


1669 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR