Damla verilişdə o kadrları görüncə zülm-zülm ağladı - Allah bunu nəsib etmədi mənə - VİDEO

19.10.2018 13:58

Müğənni Damla canlı efirdə ağlayıb.

Sənətçi bu gün Xəzər TV-nin "Hər şey daxil” verilişində qonaq olub.

Verilişdə Damlanın mərhum atasının məzarından çəkilən görüntülər yayımlanıb.

Aparıcının "atan sağ olsaydı, nə edərdin” sualına Damla göz yaşları içində "Atam sağ olsaydı, onu doyunca bağrıma basıb qucaqlayardım. Atamı konsertimdən bir neçə gün əvvəl itirdim. İstəyirdim atam konsertimdə olsun, amma qismət olmadı” - deyə cavab verib.

© xezerxeber.az


879 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR