Tramp kürsüsünü ona verir: Amerikanın ilk qadın prezidenti olacaq - FOTO

16.10.2018 14:04

ABŞ prezidenti Donald Trampın CBS telekanalında "60 dəqiqə” proqramına verdiyi müsahibəyə və efirə gedən görüntülərə verilən reaksiyalar hələ də davam edir.

 Xüsusilə, Oval Ofisin divarından asılan tablo tamaşaçıların diqqətini çəkib.

Donald Trampla yanaşı, Ronald Reyqan, ata və oğul Corc Buş, Abraam Linkoln və Riçard Nikson kimi keçmiş prezidentlərin olduğu masadan kənarda olan bir qadın bir çox iddialara və komplo-nəzəriyyələrə səbəb olub.

Rəsmi hazırlayan sənətçi Endi Tomas isə kütlənin arasından çıxaraq masaya yaxınlaşan qadının kimiliyi ilə bağlı iddialara və komplo-nəzəriyyələrə son qoyub. Onun sözlərinə görə, qadın gələcəkdə Amerikanın ilk qadın prezidentinin təsviridir./publika.az










© xezerxeber.az


874 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR