Agentlik Bakı küçələrində gizli kameralar quraşdırdı - VİDEO

24.09.2018 15:21

Bakı Nəqliyyat Agentliyi avtomobillərini qanunsuz park edən sürücülərlə bağlı sosial çarx hazırlayıb.

XəzərXəbər xəbər verir ki, Sosial çarx gizli kameralar vasitəsilə çəkilib. Sosial çarxdan göründüyü kimi bəzi sürücülər pandusun üzərinə çıxmaqla avtomobillərini qanunsuz şəkildə səkidə saxlayırlar.

Agentlikdən bildirilib ki, çarxın hazırlanmasında məqsəd, avtomobilini səkilərdə qeyri-qanuni park edərək piyadaların, xüsusən də fiziki məhdudiyyətli şəxslərin hərəkətinə mane olan sürücüləri ictimai qınağa cəlb etməkdir.

© xezerxeber.az


1337 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR