Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Bu gecə saat 05:54-də...

22.09.2018 17:21

Bu gecə Azərbaycana payız gəlir.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun sözlərinə görə, payız fəsli Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 05:54-də daxil olacaq.

"Sentyabrın 23-ü gecə və gündüz bərabərliyi baş verəcək ki, buna payız bərabərliyi deyirlər. Sentyabrın 23-dən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq. Günəş şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir. Bu tarixdən sonra cənub yarımkürəsində yay mövsümü başlayır".

Bu il qış fəsli isə ölkəmizə dekabrın 22-i Bakı vaxtı ilə saat 02:22-də daxil olacaq.

© xezerxeber.az


2752 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR