Bakıda möhtəşəm hərbi parad olacaq - Ciddi hazırlıq gedir - VİDEO

09.09.2018 20:58

Sentyabrın 15-də Bakıda möhtəşəm hərbi parad keçiriləcək. Parad Bakının bolşevik-daşnak silahlı birləşmələrindən azad edilməsinin 100 illiyi münasibətilə təşkil edilir. Bu paradda ilk dəfə olaraq süvarilərdən də istifadə ediləcək. Paradla bağlı hazırlıqlar və məşqlər davam edir.

Öndə süvarilər nizamla hərəkət edirlər.

Onların arxasınca isə piyada dəstələri hərbi marşın sədaları altında təntənəli keçidlə addımlayırlar.

Görüntülər Sentyabrın 15-də Bakıda keçirləcək parada hazırlıq məşqlərindəndir. Parad Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi tədbirləri çərçivəsində, Bakının 1918-cı il sentyabrın 15-də bolşevik-daşnak silahlı birləşmələrindən azad edilməsinin 100 illiyi münasibətilə təşkil edilir. Möhtəşəm hadisənin 100 illiyi ilə əlaqədar keçiriləcək paradla bağlı hazırlıqlara artıq başlanılıb.

Parada Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər qurumların müvafiq strukturlarının şəxsi heyəti və minik vasitələri cəlb edilib. Hazırlıq tədbirləri çərçivəsində Parad iştirakçıları Azadlıq Meydanı və Dənizkənarı Bulvar ərazisindən hərbi geyimlərdə, süvari və piyada ordu şəklində keçiblər. Təntənəli keçidi paytaxt sakinləri maraqla izləyiblər.

Hazırlıq məşqləri turistlərin də marağına səbəb olub.

Sentyabrın 15-də parad iştirakçıları Azərbaycan və Türkiyə bayraqlarının öndərliyi ilə Bakının küçələrindən kəçəcəklər. Onların geyimləri də Azərbaycan və Osmanlı ordusunun 100 əvvələ aid hərbi geyimlərinə uyğunlaşdırılacaq.

© xezerxeber.az

FOTOQALERIYA






2934 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR