Bakıda təhlükə saçan avtomobil şütüyür - VİDEO

22.07.2018 20:11

Paytaxtın aereport yolunda "VAZ"21 011 markalı minik avtomobilinin təhlükəli hərəkəti qeydə alınıb. Görüntü başqa bir sürücü tərəfindən lentə alınıb.

Xezerxeber.az-ın məlumatına görə, avtomobilin arxa şüşələri çıxarılıb. Üstəlik, baqaj hissəsi də qoparılaraq açıq vəziyyətə salınıb. Güman edilir ki, avtomobilin konstruksiyası yük daşımaq üçün dəyişdirilib.

Arxa hissədə isə qadın sərnişinlər əyləşiblər. Avtomobilin arxa şüşəsinin və baqaj qapısının olmaması sərnişinlərin həyatını təhlükəyə atıb.

Məsələyə münasibət bildirən yol hərəkəti qaydaları üzrə ekspert Azər Allahverənov qeyd edib ki, avtomobilin bu formada idarə edilməsi həm "Yol hərəkəti haqqında" qanuna, həm də İnzibati Xətalar Məcəlləsinə görə ziddir.

Ekspert hesab edir ki, hərəkət intensivliyinin yüksək olduğu aerorot şossesində belə avtomobilin sürülməsi ciddi təhlükələrə yol açır. Həm avtomobildə olan sərnişinlər, həm də digər yol hərəkəti iştirakçıları üçün qəza şəraiti yaranır.

Ekspert vurğulayıb ki, belə avtomobillərə qarşı yol polisləri tərəfindən tədbirlər görülməlidir. Onların idarə edilməsi qadağan edilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






739 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR