Sumqayıtda güclü yanğın - VİDEO

22.07.2018 09:25

Sumqayıtda ötən gün yanğın baş verib. 


Xezerxeber.az-ın FHN-ə istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində, 14-cü məhəllədə yerləşən ikimərtəbəli mağazanın dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə cəlb olunub. "Bərəkət” marketdə baş vermiş yanğın nəticəsində, ilkin məlumata əsasən, ümumi sahəsi 1200 m² olan üçmərtəbəli binanın dam örtüyü və 3-cü mərtəbəsinin yanar konstruksiyaları 640 m² sahədə yanıb.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, mağaza əhali arasında "Ləzgilər marketi" kimi də tanınır.


© xezerxeber.az

FOTOQALERIYA






1000 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR