Tanınmış kanal rəhbəri uzun illər qızını zorlayıbmış

20.07.2018 11:45

Türkiyədə "MTV”, "Eurosport” kimi bir çox əyləncə və tematik kanalların sahibi Fatih Oflaz qızını zorlamaqda ittiham olunur."Qafqazinfo” xəbər verir ki, o, 7 il müddətində övladını cinsi istismara məruz qoyub.

17 şirkəti və 200 işçisi olan F.Oflazın qızı məhkəmədə başına gələnləri danışıb: "7 yaşımdan 15 yaşımadək davamlı olaraq atam tərəfindən zorlanmışam. Valideynlərim boşandı və anamın təkidi ilə daim atamın evinə gedirdim. İllərlə heç nə demədim, heç nə olmamış kimi davranırdım. Lakin həmin illərdən etibarən gecələr yata bilmirəm. Axırda hadisəni danışıb həqiqətlərlə üzləşməyə qərar verdim. Nə bu şikayət, nə də məhkəmənin qərarı mənim yaşadıqlarımı dəyişdirəcək. Mənim həyatım məhv oldu. Anam və atamdan nifrət edirəm. Məni dünyada ailəsiz biri etdilər”.

İş adamı isə ittihamları qəbul etməyib. O, keçmiş xanımı və qızının ondan pul almaq üçün belə oyun qurduqlarını bildirib.

Araşdırmalar zamanı biznesmenin qızını dəfələrlə cinsi istismara məruz qoyduğu sübuta yetirilib və İstanbul Ağır Cəza Məhkəməsi kanal rəhbərinə 22 il 6 ay həbs cəzası verib.

F. Oflazın əvvəllər heç bir məhkumluğunun olmaması əsas gətirilərək cəzası 18 il 9 aya endirilib.

Qeyd edək ki, iş adamı məhkəmənin həbs qərarından bir neçə gün sonra İspaniyaya gedərək orada məskunlaşıb.



© xezerxeber.az


1646 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR