Hava şəraitinin dəyişəcəyi ilə bağlı rəsmi açıqlama - VİDEO

19.07.2018 18:41

İyulun 20-dən etibarən paytaxt Bakıda və rayonlarda havanın temperaturu düşəcək. Bakıda və Abşeron yarımadasında külək, rayonlarda isə yağış yağacağı gözlənilir.

Xezerxeber.az-ın məlumatına görə, yağış yağacaq, bəzi yerlərdə isə dolu düşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bakı və Abşeronda, eləcə də rayonlarda havanın temperaturu düşəcək.

Nazirliyin Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyir ki, havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək. Aran rayonlarında günorta saatlarında 28-33, dağlıq rayonlarda isə 20-25 dərəcə isti gözlənilir. Bununla yanaşı, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Şimal və qərb küləyinin əsməsi ilə əlaqədar meteohəssas insanlar üçün heç bir problem olmayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




© xezerxeber.az

FOTOQALERIYA






2748 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR