14 yaşlı qızının telefonunu yoxlayan ana dəhşətə gəldi

04.07.2018 13:37

14 yaşlı məktəbli qız uzaq qohumundan hamilə qaldığına görə onunla evləndirilib.

XəzərXəbər milli.az-a istinadla xəbər verir ki, İstanbulda yaşayan 14 yaşlı İ.Y 17 yaşlı sevgilisi ilə cinsi əlaqədə olub. Məktəbli qız uzaq qohumundan hamilə qalıb. O, telefonu vasitəsi ilə internetdə abortla bağlı saytlara girib. Qızın anası bu linkləri gördükdə olaydan şübhələnib.

Qızını abort etdirməyin mümkün olmadığını görən qadın məcbur onu oğlana ərə verib. Qadın doğumdan sonra məhkəməyə müraciət edərək 400 min lirə təzminat tələb edib.

Qeyd edək ki, cütlük evləndirildikdən sonra hərəsi öz evində yaşayıb.

© xezerxeber.az


4940 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR