Zaqatala sakini barama təmizləyən qurğu düzəldib - bir gündə 1 ton barama təmizləyir - VİDEO

19.06.2018 20:08

Zaqatala rayon sakini barama təmizləməyin yeni yolunu tapıb. O, xüsusi qurğu vasitəsilə bir gündə 1 ton barama təmizləyir.

Xezerxeber.az-ın məlumatına görə, Zaqatalanın Aşağı Tala kənd sakini Elmar Qardaşov daha sürətli iş görməyin yolunu tapıb. Onun düzəltdiyi qurğuda qayış vasitəsilə 6 çarx hərəkət etdirilir. Çarxların hərəkəti nəticəsində barama təmizlənir. Bu yolla gün ərzində 1 ton baramanı təmizləmək mümkün olur.

Barama qısa müddətdə təmizlənməsə, kəpənək çıxardır və məhsul məhv olur. Artıq qurğuya tələbat da var. Ətraf kəndlərin sakinləri də bu qurğudan istifadə etməklə işlərini sürətləndirirlər.

Bu il Qax rayon damazlıq ipəkçilik stansiyasından Zaqatala rayonuna 988 qutu ipəkqurdu toxumu verilib ki, bu da ümumilikdə 300 kümçüyə paylanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






1574 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR