Bakıda güclü yanğın baş verib - VİDEO

19.06.2018 09:15

Bakıda tikinti materiallarının satışı mağazası yanır.

Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda tikinti materiallarının satışı mağazasının dam örtüyü yanır.
Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürmə işləri davam etdirilir.

© xezerxeber.az

FOTOQALERIYA






393 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR